RU

"Bir toydan 40 min dollar qazandım"

"Gənclərin qarşısında çıxıb "məndən yoxdur" demək olmaz. Hər 5 ildən bir görürsən ki, gənclərin dövrüdür. Azərbaycan musiqi strategiyası bizim üçün bayraq olmalıdır. Mənim ayıb bildiklərim sən demə, bu gün ayıb deyilmiş. Əksinə geriyə qalmaq demək imiş. Siz geriyə qalmayın. Siz elə məndən də yüksək müğənnilərin qarşısında oxuyun ki, zamanın tələbi budur deyə oxuyuruq".

Gundem.az xəbər verir ki, bu sözləri Xalq artisti Nisə Qasımova "Qonaqcanlı" verilişində deyib. Müğənni sənətçilərə məsləhət verib. 

N.Qasımova ilk toya getdiyi anları xatırlayıb:

"1995-ci illərə kimi toylara getmirdim. İlk getdiyim toydan 40 min dollar və daha artıq qonorar almışdım. Həmin toyda isə cəmi 3-4 mahnı oxumuşdum. "Gözləyəcəyəm", "İstəyirəm görüm səni", "Mənim dünyam" mahnılarıma görə məni məclisə dəvət etmişdirlər.

Mənim icazəm yox idi haradasa görünməyə. Bacımın və qardaşımın toyuna getmədim. Rəhmətlik qardaşım Pərvizin toyunda iştirak edə bilmədim. Ailədə hamı bilirdi ki, Nisə Qasımova heç yerdə görsənməməli idi. Yalnız televiziyada, efirdə və konsertdə görsənə bilərdim. Elə də edirdim. Biləcəridə yaşayanda eyvanımın pəncərəsindən baxa bilmirdim. Bu gün gənc ifaçılar var ki, qaldığım o yerdə yaşayıblar onlar bunlardan xəbərdardılar. Onlar bunu bu gün də danışırlar. Söyləyirlər ki, Nisə gələndə biz blokun önünə qaçırdıq onu görə bilək. Mən əsl kraliça həyatı yaşamışam". /Axşam.az

Избранный
9
4
gundem.az

10Источники