RU

Mahir komanda yoldaşlarına “Nürnberq”dən ayrılacağını deyib

Azərbaycan millisinin futbolçusu Mahir Emreli tezliklə “Nürnberq”dən ayrılacaq.

Msport.az “Bild” nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı hücumçu bu barədə komanda yoldaşlarını məlumatlandırıb.

Onun Cənubi Koreyanın “Seul” klubuna keçəcəyi gözlənilir. Sözügedən ölkədə qış transfer pəncərəsi martın 27-də bağlanacaq.

İddiaya görə, klub artıq 2-ci Bundesliqa təmsilçisinə ilk təklifini göndərib. Lakin tərəflər hələlik maliyyə məsələsində razılığa gəlməyiblər.

Razılıq əldə edilsə, Mahir bir müddətdir “Seul”da çıxış edən “Mançester Yunayted”in sabiq futbolçusu Cessi Linqardla komanda yoldaşı olacaq.

Qeyd edək ki, Mahir Emreli “Dinamo”ya cari mövsümün əvvəlində Zaqreb “Dinamo”sundan keçib.

Избранный
7
msport.az

1Источники