RU

Türkiyənin Londondakı konsulluğu qarşısında Quran yandırıldı

İsveç və Danimarkada baş verən Qurani-Kərimin yandırılması ilə bağlı təxribatlar İngiltərədə də baş verib.

Turkustan.az xəbər verir ki, paytaxt Londonda Türkiyə konsulluğu qarşısında bir nəfər Quranı yandırıb.

Sosial şəbəkələrdə paylaşılan görüntülərdə Quranı yandıran təxribatçıya bıçaqla hücum edən bir şəxs görünür.

Kadrlarda hücum edən şəxsin zorakılıq tətbiq etdiyi və təxribatçının əlindən yanan Quranı alıb yandırmağa cəhd edən şəxsə tüpürdüyü görünür.

Səlahiyyətlilər hadisə yerinə təcili yardım və polis qruplarının göndərildiyini bildirib.

Aytən Yaşar/ Turkustan.az

Избранный
26
turkustan.az

1Источники