RU

Azərbaycanda dərmanlar niyə baha satılır? - AÇIQLAMA

Ölkəmizdə xaricdən gətirilən dərmanların baha olması aktual məsələlərdəndir.

Bəs bunun səbəbləri nələrdir? 

Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı Emin Qəribli bildirdi ki, başqa ölkələrdən gətirilən dərmanların ölkəmizdə baha satılması normal haldır:

"Kanadada, Hindistanda və başqa bir yerdə istehsal olunan məhsulun ölkəmizə gətirilənə qədər nəqliyyat xərcləri çoxdur. Ölkənin özünün idxal rüsumları var. Hansı ərazini keçirsə, o ərazilərin özlərinin də ödənişləri var. Daha sonra bizim ölkəyə çatır. Bizim öz ölkəmizin də idxal üsulları var. Bu xərclərin hamısı toplanaraq bir qiymət formalaşır. Başqa ölkədə hazırlanan məhsulun, ölkəmizə gətirilib oradakı qiyməti ilə satılması imkansızdır. Bunun bir çıxış yolu həmin məhsulların Azərbaycanda istehsal olunmasıdır. Amma məhsulların hamısı Azərbaycanda istehsal oluna bilməz".

Emin

Onun sözlərinə görə, dünyanın elə bir ölkəsi yoxdur ki, özünü bütün məhsullarla özü təmin etsin:

"İqtisadiyyatı, ərazisi geniş olan ölkələrdə də bu hal müşahidə olunmur. Bu səbəbənlərə əsasən qiymət müəyyənləşdirilir. Nisbi qiymət endirilməsi üçün səylər göstərilir. Dərman mövzusunda isə dövlətimizin müəyyən güzəştləri var. Müəyyən təbəqəyə dərmanlar daha ucuz qiymətə satılır. Hətta pulsuz belə verilir. Əlavə olaraq uşaq yeməklərinə güzəştlər artırıla bilər", -deyə E.Qəribli bildirdi.

Aytəkin TOFİQQIZI

Избранный
5
redaktor.az

1Источники