RU

HƏMAS girovluqda olan rusu azadlığa buraxacaq

Hazırda Qəzza zolağında girovluqda olan Rusiya vətəndaşı Aleksandr Trufanov fevralın 15-də azadlığa buraxılacaq. 

Demokrat.az
xəbər verir ki, bu barədə Fələstinin İslami Cihad hərəkatının nümayəndələri bəyənat verib. Bəyənatda deyilir ki, razılaşmanın bir hissəsi olaraq, fevralın 15-də girov Aleksandr Trufanovu azad etmək qərarına gəliblər.

Ümimilikdə əsirlikdə Aleksandr Trufanov və Maksim Xarkin adlı iki rus var. 

 Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov Fələstin HƏMAS hərəkatının Siyasi Bürosunun sədr müavini Musa Əbu-Mərzukla söhbətində Trufanovun əsirlikdən azad edilməsinin vacibliyini vurğulayıb.

Əfsanə Kamal
Demokrat.az

Избранный
19
demokrat.az

1Источники