RU

Mərhəmət nəğmələri oxuyan miskin adam…

21-ci əsrin ən parlaq maliyyə fırıldaqçılarından və “çirkli” pul dövriyyəçilərindən biri, Ukrayna və Azərbaycanda separatçılığın sponsoru Ruben Vardanyan indi Bakıda məhkəmədən özünə qarşı mərhəmət diləyir.

Bu avantürist erməni Putinin cızdığı hiyləgər plan əsasında Moskvadakı biznesindən əl çəkib, qeyri-qanuni şəkildə Azərbaycanın Qarabağ bölgəsinə gəlməyinə və separatçılığı qızışdırmağına görə bəlkə də artıq min dəfə, milyon dəfə peşman olub.

O, gerçəkdən ağıllı iş adamı olsaydı, separatçılığı maliyyələşdirməyin ən ağılsız iş olduğunu hamıdan öncə dərk edərdi. Lakin bu heyvərə isə gəlib Xankəndidən bir-iki dəfə BBC-yə, CNN-ə, Politico-ya müsahibə verməklə özünü nəsə böyük bir zibil hesab etməyə və qürrələnməyə başlamışdı. Azərbaycana meydan oxuyurdu.

Və bu da axırı – bu miskin adam indi məhkəmə hakimlərimizin önündə mərhəmət nəğmələri oxuyur, əfv diləyir.

Bəybala Mirzəyev

Избранный
39
1
ictimairey.az

2Источники