RU

Vətəndaşlara ŞAD XƏBƏR: Bu tətbiq vasitəsilə işiniz daha da asanlaşır

Bir müddət əvvəl istifadəyə verilən “E-polis” mobil tətbiqi vasitəsilə vətəndaşların bir çox işləri asanlaşıb. Yaxın müddətdə mobil tətbiqdə digər bir funksiya aktivləşdirilib. Belə ki, vətəndaşlar qəza baş verdikdə tələb olunan forma 4 arayışını da bu tətbiq vasitəsilə əldə edə bilərlər.

 

Mobil tətbiqdə yaxın zamanda başqa hansı yeniliklər gözlənilir?

 

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov “Referans”-a açıqlamasında bildirib ki, Daxili İşlər Nazirliyi tərəfindən istifadəyə verilən “E-polis” mobil tətbiqinin əsas məqsədi polis-vətəndaş münasibətlərində səffaflığın, operativliyin artırılması və vətəndaş yönümlü xidmətlərin təkmilləşdirilməsidir.

 

 

 

“Vətəndaşlarımız əlavə vaxt sərf etmədən, heç bir yerə getmədən onlayn formada polisin rəqəmsallaşan xidmətlərindən istifadə edə bilərlər. Mobil tətbiq özündə bir çox xidmətləri birləşdirir. Tətbiq vasitəsilə vətəndaşlarımız məhkumluq, nəqliyyat vasitəsinin zədələnməsi, axtarışda olması və yüklü olması, icbari sığorta və vətəndaşın olduğu yer üzrə arayışlar üçün müraciət edə, həmçinin onları rəqəmsal formada əldə edə bilərlər. Bununla yanaşı “E-polis” mobil tətbiqində sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu, arayışlar və etibarnamələr kimi bölmələr də vətəndaşlarımızın xidmətindədir”.

 

Qurumdan verilən məlumatda qeyd olunub ki, vətəndaşların işini daha da rahatlaşdırmaq üçün xidmətin digər sahələri üzrə də rəqəmsallaşma prosesi nəzərdə tutulub. Polisə olan inamın göstəricilərindən biri də “E-polis” mobil tətbiqinin istifadəyə verilməsindən qısa zaman keçməsinə baxmayaraq indiyədək tətbiqdə qeydiyyatdan keçmiş ümumi istifadəçi sayı 420.097 nəfər təşkil etmişdir.

 

Fidan Vəlisoy 

Избранный
12
referans.az

1Источники