2002-ci ildən etibarən ənənəvi olaraq keçirilən layihədə bu vaxta qədər 2000-dən çox tələbə iştirak edib. Yarışmada istifadə olunan biznes problemləri Harvard Biznes Məktəbindən rəsmi olaraq təmin edilir. Yarışma çərçivəsində 20 iştirakçı Birbank-ın ofisində keçirilən xüsusi sessiyada iştirak edib. Burada bankın peşəkar mütəxəssisləri tərəfindən tələbələrə bank sektorunda innovativ həllər, biznes strategiyaları və maliyyə idarəçiliyi mövzusunda biliklər təqdim olunub. Qeyd edək ki, Birbank təkcə maliyyə xidmətləri sahəsində deyil, həm də gənclərin bilik və bacarıqlarını inkişaf etdirməyə yönəlmiş layihələrə dəstək olmaqla cəmiyyətə töhfə verməyə çalışır. Bank peşəkar inkişaf imkanları yaratmaqla gənclərin əmək bazarına daha hazırlıqlı daxil olmasına kömək edir. Azərbaycan Biznes Keys Yarışması da bu missiyanın bir hissəsi kimi, gənclərə biznes dünyasında rəqabətqabiliyyətli olmaq üçün real təcrübə qazanmaq imkanı yaradır. Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi,118 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.