RU

Səfir: "Türkiyə Transxəzər qaz kəməri layihəsinin reallaşmasında maraqlıdır"

Türkiyə Türkmənistandan qaz tədarükünü artırmağa, onu Avropa bazarına yönləndirməyə imkan verəcək Transxəzər qaz kəməri layihəsinin həyata keçirilməsində maraqlıdır.

“Report” "İnterfaks"a istinadən xəbər verir ki, bunu Türkiyənin Türkmənistandakı səfiri Ahmet Demirok bildirib.

O, bu il fevralın 10-da Türkiyənin BOTAŞ və Türkmənistanın "Türkmənqaz" şirkətləri arasında imzalanmış müqaviləyə əsasən martın 1-dən Türkmənistan təbii qazının Türkiyəyə tədarükünə başlanacağını xatırladıb.

"Tədarük İran vasitəsilə barter sxemi çərçivəsində həyata keçiriləcək. Bu hadisə çoxillik danışıqların nəticəsidir və ölkələrimiz arasında enerji əməkdaşlığının inkişafında mühüm mərhələni təşkil edir. Müqaviləyə əsasən, tədarük həcmi ildə 2 milyard kubmetrə qədər qaz təşkil edəcək", - A.Demirok qeyd edib.

Səfir vurğulayıb ki, bu müqavilə Türkiyənin və bütövlükdə regionun enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verir. O, həmçinin Türkmənistanın qlobal enerji bazarında etibarlı tərəfdaş olduğunu qeyd edib.

Избранный
29
1
report.az

2Источники