Tbilisi, 14 fevral, AZƏRTAC
Cari ilin yanvar ayında Gürcüstanın xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 39,2 faiz artaraq 2 milyard dollardan çox olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.
Hesabat dövründə Gürcüstanın xarici ticarətində idxalın həcmi 45,4 faiz artaraq 1,6 milyard dollar, ixracın həcmi isə 19,3 faiz artaraq 403,8 milyon dollar olub. Gürcüstanın xarici ticarətində 1,2 milyard dollar həcmində mənfi saldo yaranıb.
Qeyd edək ki, 2024-cü ildə Gürcüstanın xarici ticarəti 2023-cü il ilə müqayisədə 8 faiz arataraq 23,4 milyard dollar olmuşdu.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi