RU

Sosioloq: İnsan ani qərar verəndə özünü ölümə belə sürükləyə bilər

Beyləqanda zəhərlənmə hadisəsi qeydə alınıb.
Oxu.Az xəbər verir ki, 1977-ci il təvəllüdlü Yunus Abbasov zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb.
Onun sirkədən zəhərləndiyi bildirilir.
Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Y.Abbasovun hansı şəraitdə sirkə içməsi məlum deyil.
Faktla bağlı araşdırmalar aparılır.


Mövzu ilə bağlı "Sherg.az"a danışan sosioloq Lalə Mehralı söyləyib ki, insanların özlərinə zərər verməsi və intihar etmə cəhdi çox ciddi və mürəkkəb məsələlərdən biridir:

“Bu, bir çox fərqli səbəbdən qaynaqlanır. İnsanların özlərinə zərər verməsi,  psixoloji depressiyadan, sosial təzyiqlərdən və ya ciddi psixi xəstəliklərdən baş verir. Həmçinin ailədaxili, iş həyatında çətinliklər və maddi sıxıntılar da insanların intihara əl atmasına gedən yoldan biridir. Əsasən, bu problemin kökləri cəmiyyətin və mühitin üzərində yerləşir. Cəmiyyətdə ruhi sağlamlığa dair yanlış anlamalar, təzyiq və dəstək sistemlərinin zəifliyi, həmçinin insanların özlərini rahat hiss edə bilməmələri bu məsələnin daha da ağırlaşmasına gətirib çıxarır. İnsan ani qərar verəndə özünü ölümə belə sürükləyə bilər. Bunun qarşısını almaq üçün psixoloji dəstəklər həyata keçirilməlidir”.
Избранный
11
sherg.az

1Источники