İsrailin baş naziri Benyamin Netanyahu və ABŞ dövlət katibi Marko Rubionun fevralın 16-da görüşəcəyi bildirilir.
Turkustan.az xəbər verir ki, İsrail mətbuat xidmətindən verilən yazılı açıqlamada Netanyahu-Rubio görüşünün Qərbi Qüdsdəki baş nazirlik ofisində keçiriləcəyi bildirilib.
Görüşdən sonra Netanyahu və Rubionun birgə mətbuat konfransı keçirəcəyi gözlənilir.
Yerli media Rubionun İsrailin əsas müxalifət partiyası olan “Gələcək buradadır”ın lideri Yair Lapidlə də görüşəcəyini bildirib.
Xəbərdə Netanyahu-Rubio görüşündə ABŞ prezidenti Donald Trampın Qəzza planı və İsrail ilə Həmas arasında atəşkəs başda olmaqla regional məsələlərin müzakirə olunacağı deyilib.
Aytən Yaşar/ Turkustan.az