Bu yenilənmə şagirdlərin tətbiqi və nəzəri biliklərinin daha səmərəli şəkildə artırılmasını təmin etmək məqsədi daşıyır və müasir təhsil standartlarına uyğunlaşdırılıb. Yenilənmiş proqramlarda Azərbaycan bəstəkarlarının əsərlərinə xüsusi yer ayrılıb, onların öyrənilməsinə üstünlük verilib.
Yeni proqram çərçivəsində musiqi ifaçılığı, texnika və yaradıcılıq bacarıqları daha geniş və əhatəli şəkildə tədris ediləcək. Fortepiano, tar, qanun, qarmon, kamança və violin siniflərində tətbiq olunacaq bu metodika gənc istedadların potensialının inkişafına və peşəkar musiqi təhsili ilə təmin edilməsinə yönəlib.
Yaxın gələcəkdə digər ixtisas siniflərinin də tədris proqramlarının yenilənməsi nəzərdə tutulur.
Yenilənmiş tədris proqramlarını yükləyib ətraflı tanış olmaq üçün link: https://shorturl.at/wL6gU
3Источники
-
xalqqazeti.azMusiqi tədris proqramları yenilənib ( 15498989)
-
azertag.azMədəniyyət Nazirliyi musiqi və incəsənət məktəblərində daha 3 ixtisas üzrə tədris proqramlarını yeniləyib ( 15479459)
-
demokrat.azMədəniyyət Nazirliyi musiqi və incəsənət məktəblərində daha 3 ixtisas üzrə tədris proqramlarını yeniləyib ( 15478989)