1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Fevralın 1-dən "Keşlə bazarı" yeni ünvanda fəaliyyət göstərir. Lakin bəzi satıcılar yolun uzaqlığını və müştəri azlığını əsas gətirərək oraya getməkdən imtina ediblər.
Sözügedən satıcılar əvvəlki bazarın yanındakı "Keşlə fermer bazarı" adlanan yerdə fəaliyyət göstərməyə başlayıblar.
"Təzə bazarın yeri yaxşı deyil. Bizi tanıyan müştərilər buraya gəlirlər. Mənə bu bazarda işləmək sərf edir", - deyə satıcı narazılığını bildirib.
Bəs yeni ünvanda fəaliyyət göstərən bazarın şəraiti oradakı satıcıları qane edirmi?
Onlar Baku TV-yə açıqlamalarında bazarın soyuq olduğundan və müştəri azlığından şikayətlənsələr də, yeni bazarda yaradılan şəraitdən razı olduqlarını söyləyiblər.
"Buradakı şərait orada olsa idi, köhnə bazara qayıdardım", - satıcı deyib.
Ətraflı süjetdə: