Hurriyyet.az xəbər verir ki, Səudiyyə Ərəbistanı ölkə ərazisində RF-ABŞ sammitinin keçirilməsi ideyasını dəstəkləyib.
Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyinin X şəbəkəsindəki səhifəsində ABŞ Prezidenti Donald Tramp ilə RF Prezidenti Vladimir Putinin ölkə ərazisində görüşünün təşkil edilməsi təşəbbüsünün krallıq tərəfindən dəstəkləndiyi bildirilir: "Səudiyyə Ərəbistanı krallığı öz ərazisində sammit keçirilməsini alqışlayır. Krallıq Rusiya ilə Ukrayna arasında daimi sülhə nail olunması üçün səy göstərməyə davam etdiyini təsdiqləyir".
XİN-dən verilən açıqlamada münaqişənin 3 ili ərzində Səudiyyə Ərəbistanı ərazisində Ukrayna böhranı ilə əlaqədar bir sıra görüşlərin keçirildiyi xatırladılır.
Fevralın 14-də Tramp gələn həftə Səudiyyə Ərəbistanında Ukrayna münaqişəsinin nizaçlanmasına həsr edilmiş görüşün keçiriləcəyini bəyan edib. Tramp müzakirənin "yüksək vəzifəli məsul şəxslər arasında" aparılacağını qeyd edib.
"Blumberq" ("Bloomberg") nəşrinin yazdığına görə, Putin "srateji danışıqlarda çoxillik təcrübəyə malik güclü komanda formalaşdırır". Komanda Trampın təmsilçiləri ilə birlikdə Ukraynadakı münaqişənin başa çatmasının şərtlərini müzakirə edəcək. Agentliyin məlumatına görə, komandanın tərkibinə RF Prezidentinin köməkçisi Yuri Uşakov, baş müşaviri, Xarici Kəşfiyyat Xidmətinin başçısı Sergey Narışkin, həmçinin Rusiyanın birbaşa investisiyalar fondunun rəhbəri Kirill Dmitriyev daxil olacaqlar.
Hürr Tərcüman