RU

"Xaricdən gələn mal yerli məhsulun qiymətini öldürür"

"Şəmkir, Cəlilabad, Tovuz, Gədəbəy, Qazax ölkənin əsas kartof rayonlarıdır. Əkdikləri kartof Azərbaycanı görmür, çünki gəliri aşağıdır deyə az əkilir. Gəliri aşağıdır çünki bazara Pakistan, Rusiya, İran kartofu girib qiyməti öldürür".

Redaktor.az xəbər verir ki, bu fikirləri ictimai fəal Orxan Atabəy deyib:

"Pis tərəfi budur ki, ölkənin neft-qazdan qazandığı valyuta iranlının, pakistanlının və onu gətirən 1 azərbaycanlının cibinə gedir.  Ancaq sən daha baha qiymətə yerli məhsul almağa məcbur qalsan kəndli çox əkib, çox işçi işlədəcək və pul hərlənib, fırlanıb sənə qayıdacaq. O kartof sahələrində çalışan, daşıyan, gübrə satan, kisə satan qazandığı pul ilə gəlib saçını sənə vurduracaq, sənin taksinə minəcək, sənin işlədiyin restoranda yeyəcək, sən hazırda hansı şirkət, zavodda çalışırsansa ora xeyir verəcək. Beləliklə pul ölkə daxilində fırlanacaq. Zamanla da rəqabət artacaq, qiymətlər təbii düşəcək".

Orxan

Onun sözlərinə görə, əgər bir mal özündə istehsal edilib, əkilirsə onun gömrük rüsumunu əl çatmaz edir.

"Qərbi Avropa bu sistemlə çalışır. Bizdə tutalım Qubalı min bir əziyyətlə alma əkir, satmağa hazırlaşanda baxır hansısa məmur-biznesmen ölkəni ucuz Çin alması ilə doldurub. Bu üzdən Qubada alma ağacları kütləvi şəkildə qırıb odun kimi satırlar. Artıq sərf eləmir. Strateji Kənd təsərrüfatı məhsulları arasından arpa, kartof, pomidor, soğan, sarımsaq, kök, alma, şəkər çuğunduru, ət və süd məhsulları ilə özümüzü tam təmin etmək gücündəyik". 

Türkan İSGƏNDƏRLİ

Избранный
15
redaktor.az

1Источники