RU

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi auditor seçir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi 2024-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib.

“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 20 manatdır.

İddiaçılar təkliflərini fevralın 28-nə qədər Agentliyin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 ünvanına təqdim edə bilərlər.

Təkliflərə fevralın 28-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq.

Избранный
27
4
report.az

10Источники