RU

İraqda Türk dili rəsmi yazışmalarda üçüncü dil kimi qəbul edildi

 

İraqda türkmənlərin sıx yaşadığı Kərkükdən sonra Səlahəddin şəhərində də Türk dili rəsmi yazışmalarda üçüncü dil kimi tanındı.

Şəhər rəhbərliyi Türk dilini rəsmi dillər siyahısına əlavə edərək bölgədəki mədəni və tarixi münasibətləri gücləndirmək istiqamətində addım atıb. Səlahəddin şəhər idarəsi əhalisi bir milyonu aşan şəhərdə dövlət qurumlarında Türk dilinin də istifadə olunması barədə göstəriş verib. Bununla da valilik İraq Konstitusiyasında nəzərdə tutulan, lakin uzun illər tətbiq edilməyən bu qaydanı rəsmi şəkildə həyata keçirmiş oldu. Bu qərar xüsusilə türkmənlərin sıx yaşadığı bölgələrdə böyük sevinclə qarşılanıb. 

İraq Konstitusiyasına əsasən, Kərkük, Mosul, Ərbil, Səlahəddin və Süleymaniyyə şəhərlərində Türk dilinin rəsmi dil kimi istifadə olunması məcburidir. Lakin bu qayda indiyədək yalnız Kərkükdə tətbiq olunurdu.



Избранный
9
1
trt.net.tr

2Источники