“Mançester Siti”nin zədələnən futbolçusu Manuel Akancinin taleyinə aydınlıq gəlib.
News24.az xəbər verir ki, bunu İngiltərə klubunun baş məşqçisi Pep Qvardiola açıqlayıb.
O bildirib ki, mərkəz müdafiəçisi 8-10 həftə meydanlardan kənar qalacaq. O, bu müddətdə əməliyyat olunacaq.
Qeyd edək ki, Manuel Çempionlar Liqasının pley-off mərhələsinin “Real”la ev oyununda (2:3) xəsarət aldıqdan sonra zədələnib.\\İdman.biz