RU

"Düşmənin bir agentinin ifşa olunması kimlərinsə həyatını xilas etmək deməkdir"...-FOTO

"UTX xüsusi xidmət orqanları arasında qarşıdurmada tamamilə uduzan "FSB"-dən həmişə bir addım öndədir..."
 
Politoloq hesab edir ki, vətən xainin saxlanılması əməliyyatı misilsiz və tarixidir...
 
"Rusiya xüsusi xidmət orqanlarının müharibəsində Ukrayna Təhlükəsizlik Xidmətinə(UTX) total şəkildə uduzur. UTX həmişə düşməndən bir addım öndədir".
 
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, ukraynalı politoloq Aleksey Qolobutski bu yaxınlarda Xidmətin rəhbəri Vasil Malyuk tərəfindən şəxsən saxlanılan yüksək səviyyəli satqın, UTX polkovniki Kozyuranın ifşa olunmasını belə şərh edib.
 
Politoloq hesab edir ki, vətən xainin saxlanılması əməliyyatı misilsiz və tarixidir.
 
"UTX xüsusi xidmət orqanları arasında qarşıdurmada tamamilə uduzan ruslardan həmişə bir addım öndədir. Malış Təhlükəsizlik Xidmətin Rusiya agentləri  davamlı təmizlənməsi prosesini həyata keçirdi. Bu təmizləmə olmasaydı, UTX-nin düşmənə qarşı belə güclü əməliyyatlar keçirmək şansı olmazdı.
 
“Sıçovul”u onu ələ alanların(yəni rusların-S.L.) özlərinə qarşı da istifadə edə biliblər. Uzun müddət onun ucbatından ruslar “dezinformasiya ilə qidalanıb”. Bu, həqiqətən də bizim xüsusi xidmət orqanlarının zərgər işidir”, - ekspert belə deyib.
 
Qolobutski satqının müharibənin qaynar mərhələsində saxlanmasının vacibliyini qeyd edib.
 
Ekspert hesab edir ki, "Bu gün hər bir ifşa olunmuş düşmən agenti kimlərinsə həyatını xilas etmək deməkdir. Bu səviyyəli agent isə yüzlərlə insan deməkdir. Axı ruslar onun məlumatlarından öz atəş və əməliyyatlarını planlaşdırmaq üçün istifadə edə bilərdilər".
 
"Vasili Malyukun UTX rəhbərliyinə gəlişi ilə həm hakimiyyət orqanları, həm də Xidmətin özü rus agentlərindən "təmizləndi". UTX rəhbərinin boynundan tutduğu "siçovul" Kozyuranın fotosu bütün mediada yayılıb. "Sıçovul"u qarşıda məhkəmə və qəti şəkildə demək olar ki, ömürlük həbs cəzası gözləyir."
 
Xatırladaq ki, bir gün əvvəl UTX öz sıralarında "FSB"(Rusiyanın Federal Təhlükəsizlik Xidməti-FTX) “siçovulu” olduğu üzə çıxan məmuru ifşa edib saxladıqlarını bildirmişdi. UTX-nin rəhbəri Vasil Malyuk bildirib ki, düşmən agentinin qanunsuz fəaliyyətinin 14 epizodu sənədləşdirilib.
Избранный
13
moderator.az

1Источники