Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovun şəhərin yeni yaşayış massivinin və ətraf küçələrin sakinləri ilə növbəti məhəllə görüşü Qusar şəhər 3 saylı tam orta məktəbin akt zalında baş tutub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, tədbirdə həmçinin RİH başçısı Aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Sakinləri salamlayan rayon rəhbəri onların təklif və müraciətlərini dinləmək istədiyini bildirin, eyni zamanda son aylarda rayonun ayrı-ayrı kəndlərində və Qusar şəhərində görülən işlər barəsində geniş məlumat verib.
Sakinlər küçələrin asfaltlanması, yaşadıqları məhəllədə aptekin açılması, piyada səkilərin qoyulması, istismara yararsız elektrik dirəklərinin təmiri kimi aktual problemləri dilə gətiriblər.
Həmçinin işlə təminat, yaşayış evlərinin sənədləşmə işlərinə köməklik göstərilməsi ilə bağlı müraciətlərini ediblər. Şəhər ərazisində uşaq bağçalarının azlıq təşkil etməsinin işləyən valideynlər üçün problemlərə səbəb olması və ona görə şəhərdə əlavə uşaq bağçasının açılmasına ehtiyac olduğu qeyd olunub.
İcra başçısı Sahir Məmmədxanov qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına və müəssisə rəhbərlərinə bir sıra tapşırıqlar verib. Bəzi məsələlər yerindəcə həll edilib, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürülüb.
Sakinlər onlara göstərilən diqqət və qayğıya, problemlərin həlli istiqamətində görülən işlərə görə rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта