“Bavariya”nın forvardı Harri Keyn karyerasını İngiltərədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, futbolçu ilə Premyer Liqanın 4 komandası yaxından maraqlanır.
“Arsenal”, “Çelsi”, “Mançester Yunayted” və “Tottenhem” 31 yaşlı oyunçunu mövsümün sonunda transfer etməyi planlaşdırır.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Xatırladaq ki, Keyn “Bavariya”ya 2023-cü ildə “Tottenhem”dən 95 milyon avro qarşılığında transfer edilmişdi.
Qeyd edək ki, hücumçu bu mövsüm Bundesliqa təmsilçisinin heyətində iştirak etdiyi 29 rəsmi qarşılaşmada 29 qol, 10 assitlə yadda qalıb.
"Fənərbaxça" - "Kasımpaşa" matçına diqqət çəkən təyinat: İllər sonra ilk dəfə
Mbappe milliyə qayıtdı
Azərbaycanda danışılmış oyunlarda şübhəli bilinən futbolçu Rusiya klubunda
Okan Buruk: "Kefimiz çox pozuldu"
Joze Mourinyo: “Mən onu yetişdirmək istəyirəm”