RU

Turanın qolu yanvar ayının ən yaxşısı seçildi

"Kəpəz"in futbolçusu Turan Manafovun Misli premyer-liqasının 19-cu turunda "Turan Tovuz"a vurduğu qol yanvar ayının ən yaxşısı seçilib.

"Football-plus.az" xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“Turan Tovuz”la matçın 17-ci dəqiqəsində cərimə zərbəsindən fərqlənən Manafovun qolu münsiflər heyəti tərəfindən "Ayın qolu" layihəsinin qalibi seçilib.

Qeyd edək ki, Tovuz şəhər stadionunda keçirilən qarşılaşma "Kəpəz"in 5:2 hesablı qələbəsi ilə nəticələnib.

Избранный
29
5
football-plus.az

6Источники