RU

Tramp Rusiya və Çinə nüvə sazişi təklif etdi


ABŞ prezidenti Donald Tramp Rusiya və Çinlə nüvə silahlarına nəzarət üzrə danışıqları yenidən başlamaq istədiyini və son nəticədə hər üç gücün böyük müdafiə büdcələrini yarıya endirmək barədə razılaşacağına ümid etdiyini bildirib.

Bakupost.az xəbər verir ki, bu barədə "MK" məlumat yayıb.

“Bizim tamamilə yeni nüvə silahları yaratmaq üçün heç bir səbəbimiz yoxdur. Bizdə onsuz da çox şey var. Siz dünyanı 50 dəfə, 100 dəfə məhv edə bilərsiniz. Amma biz yeni nüvə silahları istehsal edirik, onlar da nüvə silahları yaradırlar”, - deyə Tramp bildirib.

“Biz hamımız çoxlu pul xərcləyirik, halbuki bu vəsaitləri ümid edirik ki, əslində daha məhsuldar olan digər şeylərə sərf edə bilərdik,” – deyə Tramp əlavə edib.

ABŞ və Rusiyanın soyuq müharibə dövründən qalma nəhəng silah ehtiyatlarına malik olduğunu qeyd edən Tramp, Çinin beş və ya altı il ərzində nüvə zərbələri endirmək qabiliyyətinə görə onlarla bərabər səviyyəyə çatacağını proqnozlaşdırıb.

ABŞ prezidenti Yaxın Şərq və Ukraynada “işləri yoluna qoyduqdan” sonra Rusiya və Çinlə nüvə danışıqlarına başlamağa çalışacağını bildirib.

“Keçirmək istədiyim ilk görüşlərimdən biri Çin Prezidenti Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlədir. Mən demək istəyirəm ki, gəlin hərbi büdcəmizi yarıya endirək. Və biz bunu edə bilərik. Düşünürəm ki, biz bunu bacaracağıq", - deyə Tramp ümid etdiyini bildirib.

"Guardian" xatırladır ki, Donald Tramp prezidentliyinin ilk dönəmində ABŞ və Rusiya arasında Yeni START kimi tanınan paktın uzadılması ilə bağlı danışıqlar apararkən Çini də danışıqlara cəlb etməyə cəhd göstərib, lakin uğursuz alınıb.

Bayden administrasiyası dövründə isə Moskva müqavilədə iştirakını dayandırıb, halbuki ABŞ və Rusiya hələ də soyuq müharibə dövründən qalan nüvə arsenalının xidmət müddətini uzatma və ya yeniləmə proqramlarını geniş şəkildə həyata keçirməyə davam edirlər.

Lalə, BakuPost

Избранный
21
bakupost.az

1Источники