RU

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Bakı. Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşımaxidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlərçərçivəsində Bakı-Mingəçevir, Bakı-Balakən (Qabaqçöl qəsəbəsi),Bakı-Tərtər, Bakı-Göyçay, Bakı-Oğuz, Bakı-Siyəzən, Bakı-Ağdaş,Bakı-İmişli, Bakı-Sabirabad, Sumqayıt-Masallı, Gəncə-Bərdə,Gəncə-İsmayıllı, Bərdə-Gəncə, Mingəçevir-Şəki, Mingəçevir-Balakən,Balakən-Gərəkli kəndi, Şəki-Gəncə şəhərlərarası, eləcə də paytaxtın45 nömrəli şəhərdaxili, 105 və 216 nömrəli şəhərətrafı avtobusmarşrutlarını müsabiqəyə çıxarır.

AYNA-dan Trend-ə bildirilib ki,müsabiqə “Avtomobil nəqliyyatıhaqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixlimüvafiq qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı iləmüntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası)və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcılarıncəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğunolaraq təşkil edilir.

Sənədlər martın 15-də saat 17:00-dək Azərbaycan YerüstüNəqliyyat Agentliyində qəbul ediləcək. Müsabiqəyə əsas avtobuslarlayanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

- İddiaçıların təkliflərinə komissiya tərəfindənBakı-Mingəçevir, Bakı-Balakən (Qabaqçöl qəsəbəsi), Bakı-Tərtər,Bakı-Göyçay, Bakı-Oğuz, Bakı-Siyəzən, Bakı-Ağdaş, Bakı-İmişliistiqamətlərində 9 Lot üzrə aprelin 3-də;

- Bakı-Sabirabad, Sumqayıt-Masallı, Gəncə-Bərdə,Gəncə-İsmayıllı, Bərdə-Gəncə, Mingəçevir-Şəki, Mingəçevir-Balakən,Şəki-Gəncə, Balakən-Gərəkli kəndi istiqamətlərində 9 Lot üzrəaprelin 8-də;

- Paytaxtın 45 nömrəli şəhərdaxili (“Azadlıq prospekti”metrostansiyası – M.Ə.Rəsulzadə qəsəbəsi), 105 nömrəli şəhərətrafı(C.Naxçıvanski küçəsi – Balaxanı qəsəbəsi) və 216 nömrəlişəhərətrafı (“Koroğlu” metrostansiyası – Balaxanı qəsəbəsi) avtobusmarşrutları üzrə 3 Lotda aprelin 11-də baxılacaq.

Избранный
99
19
az.trend.az

10Источники