RU

Naxçıvanda bu şirkətlər bağlanır - ADLAR

Baki. Trend:

Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan yeddi yol təmiristismar şirkəti fəaliyyətini dayandırır.

Trend-in əldəetdiyi məlumata görə, bu barədə şirkətlər özləri elan ediblər.

Fəaliyyətini dayandırdığını elan edən şirkətlər "Ordubad YolTəmir İstismar", "Sədərək Yol Təmir İstismar", "Şahbuz Yol Təmirİstismar" və "Babək Yol Təmir İstismar", "Kəngərli Yol Təmirİstismar", "Şərur Yol Təmir Tikinti İstismar" Məhdud MəsuliyyətliCəmiyyətləridir (MMC).

Onların hansı səbəbdən ləğv olunması barədə məlumatgöstərilmir.

Yalnız o məlumdur ki, kreditorlar tələblərini 2 ay ərzindəsözügedən şirkətlərin hüquqi ünvanlarına bildirə bilərlər.

Qeyd edək ki, "Babək Yol Təmir İstismar" MMC 2007-ci ildə dövlətqeydiyyatına alınıb. Nizamnamə kapitalı 200 manat olan MMC-ninqanuni təmsilçisi Əsgərov Arif Əsgər oğludur.

"Ordubad Yol Təmir İstismar" MMC 2017-ci ildə dövlətqeydiyyatına alınıb. Nizamnamə kapitalı 200 manat olan MMC-ninqanuni təmsilçisi İsazadə Türkan İsa oğludur.

"Sədərək Yol Təmir İstismar" MMC 2008-ci ildə dövlətqeydiyyatına alınıb. Nizamnamə kapitalı 40 min manat olan MMC-ninqanuni təmsilçisi Zamanov Malik Vəliyev oğludur.

"Şahbuz Yol Təmir İstismar" MMC 2007-ci ildə dövlət qeydiyyatınaalınıb. Nizamnamə kapitalı 200 manat olan MMC-nin qanuni təmsilçisiDadaşov Səbuhi Bəşir oğludur.

"Kəngərli Yol Təmir İstismar" MMC 2008-ci ildə dövlətqeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-ninqanuni təmsilçisi Mehdiyev Çingiz Mehman oğludur.

“Şərur Yol Təmir Tikinti İstismar" MMC 2007-ci ildə dövlətqeydiyyatına alınıb. Nizamnamə kapitalı 200 manat olan MMC-ninqanuni təmsilçisi İbrahimov Mikayıl Məmməd oğludur.

Məqalədə:
Избранный
29
8
az.trend.az

9Источники