RU

Naxçıvanda bu şirkətlər bağlanır - ADLAR

Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan yeddi yol təmir istismar şirkəti fəaliyyətini dayandırır.

Trend-in əldə etdiyi məlumata görə, bu barədə şirkətlər özləri elan ediblər.

Fəaliyyətini dayandırdığını elan edən şirkətlər "Ordubad Yol Təmir İstismar", "Sədərək Yol Təmir İstismar", "Şahbuz Yol Təmir İstismar" və "Babək Yol Təmir İstismar", "Kəngərli Yol Təmir İstismar", "Şərur Yol Təmir Tikinti İstismar" Məhdud Məsuliyyətli Cəmiyyətləridir (MMC).

Onların hansı səbəbdən ləğv olunması barədə məlumat göstərilmir.

Yalnız o məlumdur ki, kreditorlar tələblərini 2 ay ərzində sözügedən şirkətlərin hüquqi ünvanlarına bildirə bilərlər.

Qeyd edək ki, "Babək Yol Təmir İstismar" MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 200 manat olan MMC-nin qanuni təmsilçisi Əsgərov Arif Əsgər oğludur.

"Ordubad Yol Təmir İstismar" MMC 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 200 manat olan MMC-nin qanuni təmsilçisi İsazadə Türkan İsa oğludur.

"Sədərək Yol Təmir İstismar" MMC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 40 min manat olan MMC-nin qanuni təmsilçisi Zamanov Malik Vəliyev oğludur.

"Şahbuz Yol Təmir İstismar" MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 200 manat olan MMC-nin qanuni təmsilçisi Dadaşov Səbuhi Bəşir oğludur.

"Kəngərli Yol Təmir İstismar" MMC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Mehdiyev Çingiz Mehman oğludur.

“Şərur Yol Təmir Tikinti İstismar" MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 200 manat olan MMC-nin qanuni təmsilçisi İbrahimov Mikayıl Məmməd oğludur.
Избранный
17
8
sherg.az

9Источники