RU

Yerə yaxınlaşan asteroidin nüvə silahı ilə vurulmasına icazə verildi

“2024 YR4 asteroidinin Yerə doğru yaxınlaşması təhlükəsi nüvə silahının istifadəsini tələb edə bilər”.

Qaziler.az xəbər verir ki, bu təklifi Britaniyalı astronom Devid Vaythaus “Sky News”a açıqlamasında verib. Onun fikrincə, bu, kosmik cismi təhlükəli trayektoriyadan yayındırmağa imkan verəcək.

Vaythaus bildirib ki, biz hətta bu asteroidin trayektoriyasını dəyişdirmək və onun səthinə nüvə silahı buraxmaq üçün kəskin tədbirlər görmək barədə düşünməli ola bilərik.

O, bunu təhlükəli obyektin Yerlə toqquşma ehtimalının 2,3%-ə yüksəlməsi ilə izah edib.

QAZİLER.AZ

Избранный
15
qaziler.az

1Источники