RU

Qarabağ və ətraf ərazilərdə ermənilərin soydaşlarımıza işgəncələri ilə bağlı faktlar ELAN EDİLDİ

Xəbər verdiyimiz kimi Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesinin baxış iclası fevralın 14-də davam etdirilib.

Bizim.Media xəbər verir ki, dövlət ittihamçısı Fuad Musayev təcavüzkar müharibə gedişində zorakılıqla yoxa çıxarma, əsir və girov götürülərək işgəncələrə məruz qoyma faktlarını sadalayıb.

Bildirilib ki, 1988-2023-cü illərdə Azərbaycanın Qarabağ bölgəsi və ətraf ərazilərində yüzdən çox fərqli-fərqli işgəncə metodları tətbiq edilməklə girov götürülmüş 1284 nəfər dinc mülki sakindən 122 nəfər, əsir götürülmüş 414 nəfər hərbi qulluqçudan 48 nəfər olmaqla ümumilikdə 1698 nəfər əsir və girov götürülmüş şəxslərdən 170 nəfər şəxs saxlanıldığı yerdə işgəncələr və qeyri-insani rəftar tətbiq edilməklə qəsdən öldürülüb, qalan 1528 nəfər şəxs Azərbaycan dövləti tərəfindən beynəlxalq təşkilatlar vasitəsilə görülmüş tədbirlər, eləcə də hərbi əsir və girovların yaxın qohumlarının şəxsi təşəbbüsləri və əlaqələri ilə verilən maddi nemətlər müqabilində azad edilib.

Bizim.Media

Избранный
3
2
bizim.media

10Источники