Bu gün 17:30 radələrində Sabirabad şəhər Z.Hacıyev adına 7 nömrəli tam orta ümumtəhsil məktəbinin həyətyanı sahəsində yerləşən yardımçı binada yanğın baş verib.
AzEdu.az xəbər verir ki, hadisə barədə dərhal Dövlət Yanğın Nəzarəti Xidmətinin Sabirabad rayonunda yerləşən bölməsinə məlumat verilib və qısa müddətdə yanğının qarşısı alınıb.
Xəsarət alan olmayıb.