RU

İşğal dövründə Qarabağa üçüncü ölkələrdən 23 min erməni gətirlib -Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi

Bu gün Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesinin baxış iclası davam etdirilib.

AzNews.az xəbər verir ki, Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli məhkəmədə təcavüzkar müharibənin davamı kimi işğal olunmuş ərazilərdə erməniəsilli mülki şəxslərin qanunsuz məskunlaşdırılması, təcavüzkar müharibə nəticəsində Azərbaycan Respublikasının iqtisadiyyatına ziyan vurulması və işğal olunmuş ərazilərdə terrorçuluğun maliyyələşdirilməsi faktlarını sadalayıb.

O, vurğulayıb ki, 1994-cü ilin may ayından 2020-ci ilin sentyabr ayınadək olan dövr ərzində Şuşa, Xankəndi şəhərlərinin, Xocalı, Ağdərə, Xocavənd, Qubadlı, Ağdam, Kəlbəcər və Zəngilan rayonlarının ərazisində, Ermənistan Respublikasından, Suriya Ərəb Respublikasından, Livan Respublikasından, İraq Respublikasından və digər dövlətlərdən köçürülmüş 23 mindən artıq erməniəsilli mülki əhali, habelə “ASALA” kimi terror təşkilatının silahlı dəstələrinin üzvlərini və ailələri gətirilərək məqsədyönlü və sistematik şəkildə məskunlaşdırılmaqla etnik tərkibi dəyişdirilərək erməni əhalisinin sayı qanunsuz və əsassız olaraq artırılıb, işğal altında saxlanılan ərazilərdə böyük erməni say tərkibi yaradılıb.

Избранный
28
aznews.az

1Источники