RU

Arne Slot: “İndi geriyə baxanda hər şeyi fərqli edərdim”

"Liverpul"un baş məşqçisi Arne Slot İngiltərə mətbuatına bir sıra açıqlamalar verib.

Təcrübəli mütəxəssis "Vulverhempton"da çıxış edən Mateus Kunyanın kluba transferi barəsində fikirlərini bildirib:

"Matheus Kunha səviyyəli bir oyunçudur. O, İngiltərənin ən güclü beş klubundan birində çıxış edə biləcək bir futbolçudur. Niderland çempionatında 17-ci pillədə qərarlaşan bir komandanın heyətində PSV, "Ayaks" və ya "Feyenoord" kimi klublarda oynaya biləcək oyunçunu görə bilməzsiniz. Buna görə də Niderland çempionatında 17-ci yerdə olan komanda ilə Premyer Liqada eyni mövqedə qərarlaşan bir komandanın qarşısında oynamaq arasında böyük bir fərq var".

Baş məşqçi dünən "Everton"a qarşı son dəqiqələrdə aldığı qırmızı kart haqqında da danışıb:

“Everton" görüşünün sonunda hisslərimə hakim ola bilmədim. İndi geriyə baxanda hər şeyi fərqli edərdim. Gələcəkdə buna bənzər bir vəziyyətdə daha fərqli davranmağa çalışacağam".

41 yaşlı futbolçu 1 il daha Fransa klubunda 

Ərəblərdən etirazlara səbəb olacaq növbəti qərar

Musiala 5 il daha "Bavariya"da

Cekodan fədakarlıq: Əli sınsa da...

"Fənərbaxça" - "Kasımpaşa" matçına diqqət çəkən təyinat: İllər sonra ilk dəfə

Избранный
10
apasport.az

1Источники