Koreyalılara model 2,5 litrlik benzin turbomühərriki (281 at gücü), 8 pilləli avtomatik transmissiya və tam ötürücülü modifikasiyada təklif olunur.
Diferensial kilid və bir neçə əvvəlcədən təyin edilmiş sürmə rejimi (qum, palçıq, qar və ya şassinin avtomatik tənzimlənməsi) var. İki cərgəli kabinəli avtomobilin ümumi uzunluğu 5388 mm, eni 1905 mm, hündürlüyü 1905 mm, təkər bazası 3269 mm-dir.
Yükgötürmə qabiliyyəti - 700 kq, qoşqunun maksimal çəkisi - 3500 kq-dır. 7 km/saat sürətlə keçə bilən dərinlik 800 mm-ə qədərdir.
Standart versiyada yeni məhsulun qiyməti Cənubi Koreyada 37,5 milyon von (=2,4 milyon rubl) təşkil edir. Əlavə ödəniş müqabilində artan klirens (252 mm-ə qarşı 224 mm) və yolsuzluq protektorlu xüsusi şinləri özündə birləşdirən X-Pro versiyası mövcuddur.
Nazlı Almuradova