RU

Dövlət Statistika Komitəsində geniş kollegiya iclası keçirilib

Yazını böyüt
Yazını kiçilt

Dövlət statistika orqanlarının 2024-cü ildəki fəaliyyəti və 2025-ci ildə qarşıda duran vəzifələrlə bağlı fevralın 14-də Dövlət Statistika Komitəsi aparatı şöbələrinin, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi, şəhər və rayon statistika idarələrinin rəhbərlərinin iştirakı ilə geniş kollegiya iclası keçirilib.

Hafta.az xəbər verir ki, Kollegiyanın sədri Tahir Budaqov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə 2024-cü ildə bütün sahələrdə sistemli və ardıcıl xarakterli islahatların həyata keçirildiyini, siyasi və iqtisadi idarəetmə metodlarının müasirləşdirildiyini, ölkəmizin dünyada nüfuzunun daha da artdığını diqqətə çatdırıb.

Tahir Budaqov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli statistika sisteminin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq Komitə tərəfindən həyata keçirilən islahatlar və qurumun 2024-cü ildəki fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edib ki, rəsmi statistika məlumatlarının müasir tələblərə uyğun hazırlanmasını, milli statistika sisteminin inkişafı məsələlərini daim diqqət mərkəzində saxlayan Dövlət Statistika Komitəsi 2024-cü ildə öz fəaliyyətini Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılaraq təsdiq edilmiş Statistik işlər proqramı əsasında qurub.

Bildirilib ki, komitənin veb-səhifəsi (www.stat.gov.az) müntəzəm olaraq təkmilləşdirilib və yenilənib, məlumat bazaları əsas sosial-iqtisadi göstəricilər üzrə çoxsaylı cədvəlləri, təhlil və metodoloji materialları əhatə edib.

Komitədə müxtəlif mövzular üzrə 32 adda illik statistik məcmuə və digər nəşrlər çap etdirilib, 52 təhlili məruzə və 125 mətbu-məlumat hazırlanıb.

MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının 2024-cü ilin 5 dekabr tarixində keçirilmiş 71-ci iclasında qəbul edilmiş qərara əsasən, 2025-ci ildə sözügedən Şuraya rəhbərlik Azərbaycana keçib.

Kollegiya iclasına yekun vuran Tahir Budaqov Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının icra vəziyyətinin “Dövlət Nəzarəti İnformasiya Sistemi” vasitəsilə 2023-cü ilin yekunları üzrə qiymətləndirilməsinin nəticələrinə görə Komitənin mərkəzi icra hakimiyyəti orqanları arasında 1-ci mövqedə qərarlaşdığını diqqətə çatdırıb.

Избранный
5
hafta.az

1Источники