RU

“Range Rover”lə 4 nəfərin ölümünə səbəb olan iş adamı 1 il 4 aylıq cəzadan da azad olmaq istəyir

Dörd il əvvəl Novxanı-Sumqayıt yolunda “Range Rover”lə qəza törədərək dörd nəfərin ölümünə səbəb olan “Əlincə” futbol klubunun prezidenti Elşad Kəlbəliyev məntəqə tipli cəzaçəkmə müəssisəsindən də azad olmaq istəyir.

Yenilik.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Kəlbəliyev artıq yerli məhkəməyə müraciət edib.
Məlumat üçün deyək ki, dörd nəfərin ölüm işində təqsirli bilinən Kəlbəliyev cəmi iki il ümumi rejimli həbsxanada qalıb. Ondan sonra həbs müddəti 5 ilə endirilib, cəzaçəkmə yeri yüngülləşdirilib. Prokuror həmin qərardan protest versə də, məhkəmə öz qərarını dəyişməyib.
Keçmiş iş adamı məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürüldüyü üçün müəyyən vaxtlarda azadlıqda qala bilir. İndi isə qalan 1 il 4 aylıq cəzasını da şərti çəkmək istəyir. Böyük ehtimal, gələn həftə hakim qərarını açıqlayacaq.
Qeyd edək ki, “Qurtuluş 93” MTK-nın rəhbəri Məhərrəm Novruzovun kürəkəni Elşad Kəlbəliyev bu cinayətə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 9 il azadlıqdan məhrum edilmişdi. Sonradan Bakı Apellyasiya Məhkəməsi cəzanı 5 ilə endirilib.
range-roverle-4-neferin-olumune-gore-yungul-ceza-almisdi

Избранный
34
22
yenilik.az

10Источники