RU

Azərbaycanın stolüstü tennisçiləri qızıl medalını qazandılar

Azərbaycanın stolüstü tennisçiləri Türkiyədə təşkil olunan “WTT Youth Contender” turnirinin qızıl medalını qazanıblar.   Manset.az xəbər verir ki, Onur Quluzadə ilə Yağmur Məmmədli U-15 kateqoriyasında qarışıq-qoşa mübarizəsinin final görüşündə yerli idmançılara 3:2 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, Onur Quluzadə ilə Yağmur Məmmədli yanvar ayında Dohada keçirilən “WTT Youth Star Contender” yarışının qarışıq-qoşa mübarizəsində bürünc mükafat qazanmışdı.

Избранный
5
5
manset.az

9Источники