RU

17 yaşlı futbolçu “MY” və “Arsenal”ın hədəfində

"Mançester Yunayted" və "Arsenal" "Portu"nun yarımmüdafiəçisi Rodriqo Mora ilə maraqlanır. 

90deqiqe.Az-ın məlumatına görə, bu barədə "Caught Offside" xəbər verir.

Mənbəyə görə, portuqaliyalı futbolçunun müqaviləsində 66 milyon avro satın alma maddəsi var və 2027-ci ilə qədər onun 84 milyon avroya yüksələ biləcəyi vurğulanıb.

17 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 25 oyun keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 10 milyon avrodur.

Избранный
11
90deqiqe.az

1Источники