RU

ABŞ-nin vitse-prezidenti: Vaşinqton uzunmüddətli sülhə nail olmağa çalışır

Birləşmiş Ştatlar Ukraynada bir neçə illik yox, uzunmüddətli sülhə nail olmağa çalışır.

APA xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Ceyms Vens Ukrayna lideri Volodimir Zelenski ilə görüşündən sonra jurnalistlərə deyib.

“Biz müharibənin dayandırılmasını istəyirik. Lakin biz bir neçə ildən sonra yeni münaqişəyə səbəb olmayan, davamlı sülhə nail olmağa çalışırıq. Birlikdə buna necə nail ola biləcəyimizi müzakirə etdik. Və şübhəsiz ki, qarşıdakı günlərdə, həftələrdə, aylarda daha çox müzakirəmiz olacaq”, - ABŞ rəsmisi qeyd edib.

Onun sözlərinə görə, prosesə ABŞ dövlət katibi Mark Rubio və ABŞ Prezidenti Donald Trampın Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq cəlb olunub.
Избранный
28
3
sherg.az

4Источники