RU

Türkiyəli ekspertlər: Paşinyanın mövqeyi Bakı ilə dialoqa xələl gətirir

Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla sülhə hazır olması ilə bağlı bəyanatları səmimi deyil və regionun reallıqlarını əks etdirmir. Ermənistan hakimiyyətinin Azərbaycanla dialoqa can atması ilə danışıqlar prosesində faktiki irəliləyiş tempi ilə bağlı bəyanatları arasında aydın dissonans var.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Ankara Avrasiya Araşdırmaları Mərkəzinin (AVİM) ekspertləri Tuğçe Tecemir və Selenay Erva Yalçının “Paşinyanın sülh prosesini birtərəfli qavraması” adlı analitik məqaləsində yer alıb.

Məqalədə Azərbaycan və Ermənistan arasında sülh sazişinin razılaşdırılmamış bəndlərinin regionda sabitlik və ikitərəfli münasibətlər baxımından xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanır.

Ekspertlərin fikrincə, erməni tərəfi sözdən əmələ keçməyincə, uzunmüddətli sülhün təmin olunması real deyil. “Rəsmi İrəvanın hazırkı kursu Bakı ilə dialoqa xələl gətirir, etimad mühitinin formalaşmasını çətinləşdirir”, - deyə məqalə müəllifləri vurğulayıblar.

Onlar buna misal olaraq, Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı Azərbaycanın tələblərinə rəsmi İrəvanın münasibətini göstəriblər. Həmin sənəddə qonşu dövlətlərə qarşı ərazi iddialarını ehtiva edən ölkənin Müstəqillik Bəyannaməsinə istinadlar yer alıb.

Türkiyəli ekspertlər qeyd ediblər ki, İrəvan Azərbaycanın haqlı narahatlığını görməməyə üstünlük verir və bu, regionda münasibətlərin normallaşması yolunun ardıcıllığına dair suallar yaradır. “Ermənistanın ərazi bütövlüyünü qorumaq üçün” müdafiə xərclərini artırmaq planlarını elan etməklə, Paşinyan ölkəsinin öz qanunvericilik bazasından qaynaqlanan gərginliyin mənbəyini israrla görməzlikdən gəlir”, –deyə Ankara Avrasiya Araşdırmaları Mərkəzinin analitikləri vurğulayırlar.

Избранный
7
2
yeniazerbaycan.com

3Источники