Türkiyəli məşhur müğənni Hadisə IMDB-də ən aşağı reytinq alan seriallardan biri olan "Esas Oğlan"dan böyük gəlir əldə edib.
Milli.Az xəbər verir ki, Seda Bakan, Şükrü Özyıldız və Serhat Teoman ilə birlikdə rol aldığı bu 8 seriyalı serial, həddindən artıq ədəbsiz səhnələri və aşağı keyfiyyəti səbəbindən tənqid atəşinə tutulub.
Buna baxmayaraq, Hadisənin layihədən tam 10 milyon TL qazandığı məlum olub.
IMDB-də cəmi 2.1 bal toplayan serial "Sihirli Annem" remeykindən sonra ən pis ikinci rəqəmsal platforma serialı seçilib.
Xatırladaq ki, Hadisə isə bir müddət əvvəl serialın rejissoru ilə münasibətdə olduğunu açıqlamışdı
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта