RU

İki Estoniya vətəndaşı ABŞ-a 400 milyon dollar ödəyəcək – Şok cinayət əməli

Dələduzluqda və çirkli pulların yuyulmasında təqsirləndirilən Estoniya vətəndaşları Sergey Potapenko və İvan Turyıgin ABŞ məhkəməsində kriptovalyuta piramidası sxeminin təşkilində təqsirli olduqlarını etiraf edərək cinayət yolu ilə əldə etdikləri 400 milyon dolları geri qaytarmağa razılaşıblar.

Ölkə.az Musavat.com-a istinadən xəbər verir ki, Potapenko və 40 yaşlı Turyıgin elektron vasitələrlə fırıldaqçılıq etdiklərini etiraf ediblər. Məhkəmə hökmü mayın 8-də elan edəcək. ABŞ Ədliyyə Nazirliyi bildirib ki, hər iki müttəhimi 20 ilə qədər həbs gözləyir.

İstintaqın məlumatına görə, Potapenko və Turyıgin müştərilərə kriptovalyutadan əldə edilən gəlirin bir hissəsini guya mövcud mədən şirkəti HashFlare vasitəsilə almaq hüququ verən müqavilələr satıblar.

HashFlare 2015-2019-cu illər arasında müqavilə satışlarından 577 milyon dollardan çox gəlir əldə edib, lakin şirkətin iddia etdiyi mədən əməliyyatlarının əksəriyyətini həyata keçirmək üçün kifayət qədər maliyyə potensialı olmayıb.

Potapenko və Turyıgin qeyri-qanuni yolla əldə etdikləri vəsaitləri daşınmaz əmlak, lüks avtomobillər almaq, investisiya və kriptovalyuta hesablarını idarə etmək üçün istifadə ediblər.

ABŞ hakimiyyəti müttəhimlərdən müsadirə olunacaq 400 milyon dolları zərərçəkənlərə təzminat ödəmək üçün istifadə etməyi planlaşdırır.

ABŞ Ədliyyə Nazirliyi istintaqda göstərdiyi köməyə görə Estoniya Mərkəzi Kriminal Polisinin Kibercinayətkarlıq Bürosuna, həmçinin təqsirləndirilən şəxslərin ekstradisiyasında göstərdikləri köməyə görə Estoniya Dövlət Prokurorluğuna və Ədliyyə və Rəqəmsallaşma Nazirliyinə təşəkkür edib.
ABŞ-da işi Federal Təhqiqatlar Bürosunun Sietl şöbəsi araşdırırdı.

Qeyd edək ki, hazırda Azərbaycanda da kriptovalyuta fırıldaqçılığı ilə bağlı məhkəmə prosesi gedir. İşdə zərərçəkən və fırıldaqçılıq etdiyi bildirilən şəxslər tanınmış məmurların qohumlarıdılar...

Избранный
8
olke.az

1Источники