Çinin "Beyçzin Qoan" klubunun perspektivli futbolçusu Qo Çzyacyuan ölüm ayağındadır.
Offsideplus.az xəbər verir ki, 18 yaşlı idmançı İspaniyada keçirilən təlim-məşq toplanışında kəllə-beyin zədəsi alıb. Bundan sonra futbolçunu süni tənəffüs aparatına qoşublar.
Çzyacyuanın qardaşının sözlərinə görə, rəqibin diz zərbəsinə məruz qalan oyunçuya beyin ölümü diaqnozu qoyulub. İspaniya xəstəxanasında artıq heç bir cəhdin nəticəyə verməyəcəyini bildiriblər və 18 yaşlı gənci süni tənəffüs aparatından ayırmaq istəyirlər.
Bu arada futbolçunun ailəsi, "Beyçzin Qoan" klubunun rəhbərliyi və Pekin Futbol Assosiasiyasının rəsmiləri tibbi xidmətlərə görə hansı tərəfin ödəniş edəcəyini aydınlaşdırmağa çalışırlar.
"Beyçzin Qoan"ın akademiyasında oynayan Qo Çinin 17 yaşlılardan ibarət yığmasına da çağırılırdı. Perspektivli futbolçu vaxtilə beynəlxalq inkişaf proqramı çərçivəsində "Bavariya"nın da düşərgəsində olub.