RU

Şahmat: Azərbaycan çempionatının qalibləri sabah bəlli olacaq

Yanvarın 31-də start götürmüş şahmat üzrə Azərbaycan çempionatında bu gün final mərhələsinin cavab oyunları keçirilib.

Arena.az xəbər verir ki, kişi şahmatçıların finalında Şəhriyar Məmmədyarovla Rauf Məmmədov yenə heç-heçə oynayıblar.

Qadınların həlledici görüşündə isə Gövhər Beydullayeva Günay Məmmədzadəyə məğlub olub. İlk görüşdə Gövhər qalib gəldiyi üçün, ümumi hesab bərabərləşib.

3-cü yer uğrunda partiyada Ülviyyə Fətəliyeva ilə Gülnar Məmmədovanın duelində də ümumi hesaba tarazlıq gəlib. Gülnar cavab görüşündə qalib gəlməklə cütün taleyini son günə saxlayıb.

Xatırladaq ki, kişilərin mübarizəsində Teymur Rəcəbov və Misrətdin İskəndərov üz-üzə gəlməli idilər. Amma Teymur səhhətində yaranmış problemlə əlaqədar bürünc medal uğrunda yarışa qatıla bilməyib. Bu üzdən də Misrətdin oynamadan Azərbaycan çempionatının bürünc medalçısı olacaq.

Kişilər

Final
Rauf Məmmədov – Şəhriyar Məmmədyarov 0,5:0,5 (ümumi hesab – 1:1)

Qadınlar

Final
Gövhər Beydullayeva – Günay Məmmədzadə 0:1 (ümumi hesab – 1:1)

3-cü yer uğrunda görüş
Gülnar Məmmədova – Ülviyyə Fətəliyeva 1:0 (ümumi hesab – 1:1)

Beləliklə, şahmat üzrə Azərbaycan çempionatına fevralın 15-də yekun vurulacaq. Kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir. Kişilərin yarışında qalib 20 min, qadınlarda isə 10 min manat qazanacaq.

Избранный
52
1
arena.az

10Источники