RU

Martda bu 3 bürcün həyatı tamamilə dəyişəcək: Sevgi, pul, karyera…

Yazın gəlişi yeniliklər və fürsətlərdən xəbər verir. Mart ayının gəlməsi ilə üç bürcün həyatında da dönüş nöqtəsi yaşanacaq.

Bu bürclərdən birincisi qoçdur.

Qoçlar mart ayının əvvəlindən etibarən Veneranın təsiri ilə eşq həyatlarında dəyişiklik yaşaya bilərlər. Yeni münasibətə başlaya və ya mövcud münasibətlərində romantikanı artıra bilərsiniz. Maliyyə baxımından cəsarətli qərarlar verə biləcəyiniz bir dövrdəsiniz. Xüsusilə yeni sərmayələr və ya biznes layihələri ilə bağlı şans sizin tərəfinizdədir. Karyera baxımından enerjinizi düzgün yönləndirsəniz, yüksəliş və ya yeni iş fürsəti qapınızı döyə bilər. Səma Qoç bürcünə bu ay “risk al” deyir.

Bu bürclərdən ikincisi isə Buğadır. Mart ayı Buğalar üçün xüsusilə maliyyə məsələlərində ümidverici inkişafın baş verəcəyi bir dövrdür. Yupiterin müsbət təsiri ilə gəlirinizi artıracaq fürsətlər tapa bilərsiniz. Bu, iş həyatında yeni layihələr və ya əlavə gəlir mənbələri şəklində özünü göstərə bilər. Eşq həyatınızda Veneranın dəstəyi ilə sizi daha ahəngdar və romantik bir dövr gözləyir. Münasibətləri olmayan Buğalar üçün sürpriz görüşlər gündəmdə ola bilər.

Balıq bürcləri üçün də Mart ayı düşərli olacaq. Eşq həyatınızdakı emosional bağlar gücləndikcə, münasibətlərinizdə dərinləşmə hiss edə bilərsiniz. Subay Balıqlar üçün həyatının eşqi ilə tanış olmaq ehtimalı kifayət qədər yüksəkdir. Maliyyə baxımından şans sizinlədir. Xüsusən də yaradıcı layihələrdə iştirak edirsinizsə, bu layihələr sizə əhəmiyyətli gəlir gətirə bilər. Karyera baxımından arzularınızı reallaşdırmaq üçün cəsarətli addımlar ata biləcəyiniz bir dövrdəsiniz. Sizi ilhamla dolu bir ay gözləyir.  (Publika.az)

Избранный
38
14
konkret.az

10Источники