RU

Tənhalıq xəstəlikləri sürətləndirir - Tədqiqat

Tənhalıq qaraciyər xəstəliklərini sürətləndirir.

Ölkə.Az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı tədqiqat aparılıb.

Burada 400 mindən çox insan iştirak edib və onların sosial həyatı ilə qaraciyərindəki əlaqə təhlil edilib.

Əhalinin təxminən 30 faizinə təsir edən bu xroniki qaraciyər xəstəliyi piylənmə, diabet və yaşlanmanın artması səbəbilə ciddi ictimai sağlamlıq problemi kimi qiymətləndirilir.

Nəticələr göstərib ki, tənhalıq qaraciyər xəstəliklərini 22 faiz, sosial təcrid isə 13 faiz artırır. Bu təsirlər piylənmə, diabet və həyat tərzi faktorları kimi ənənəvi risk amillərindən asılı olmayaraq müşahidə edilib.

Məlum olub ki, tənhalıq yalnız psixi sağlamlığa deyil, həm də metabolik xəstəliklərin inkişafına ciddi təsir göstərir.

Избранный
17
3
olke.az

4Источники