Bəzi qidalar, tərkibindəki patogenlər və ya allergenlər səbəbiylə epilepsiya tutmalarına səbəb ola bilər.
Bizim.Media xəbər verir ki, qida məhsullarında epilepsiyaya səbəb ola biləcək parazitlər var.
Həmin parazitlər sinir sisteminə və beyinə toksik təsir göstərir, iltihabı aktivləşdirir, qıcolmalara, baş ağrılarına səbəb olur.
Parazitlər əsasən ət məhsullarında, meyvə və tərəvəzlərdə, həmçinin çirklənmiş suda məskən salmış ola bilər. İnfeksiya riskini minimuma endirmək üçün çiy və ya az bişmiş ət yeməmək, qidaları istifadədən əvvəl axar suda yumaq eləcə də onların düzgün saxlama və bişirmə qaydalarına əməl etmək tövsiyə olunur.
Epilepsiya vəziyyətində qidalanma böyük əhəmiyyət kəsb edir. Müəyyən qidalar və qablar bakteriya mənbəyinə çevrilə bilər. Odur ki, epileptik qıcılmaları olan insanlar pəhriz saxlamalı və zərərli qidalardan uzaq durmalıdırlar.
Bizim.Media