Bakı. Trend:
Səudiyyə Ərəbistanı Rusiya və ABŞ prezidentləri Vladimir Putinvə Donald Tramp arasında görüşə öz ərazisində ev sahibliyi etməktəklifini alqışlayıb.
Trend-in məlumatına görə, bu barədə Səudiyyə ƏrəbistanınınXarici İşlər Nazirliyi bildirib.
Ölkə rəhbərliyi siyasətçilərin fevralın 12-də apardıqlarıtelefon danışığını, həmçinin Səudiyyə Ərəbistanında onlarıniştirakı ilə sammitin keçirilməsinin mümkünlüyü barədə bəyanatıalqışlayıb.
"Krallıq Səudiyyə Ərəbistanında keçirilən sammiti alqışlayır vəRusiya ilə Ukrayna arasında sülhə nail olmaq üçün davam edənsəylərini təsdiqləyir", - deyə qeyd olunub.
Xarici İşlər Nazirliyi xatırladıb ki, krallıq artıq Kiyev vəMoskvaya böhranın siyasi həllinə nail olmaq üçün “yaxşıxidmətlərini” təklif edib.