RU

“Böyük dəbilqə”: 11 cüdoçumuz tatamiyə çıxır

Bakıda cüdo üzrə "Böyük Dəbilqə" turniri davam edir.

İdman.biz xəbər verir ki, yarışın ikinci günündə 4 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək.

Azərbaycan millisi bu çəki dərəcələrinin 4-də 11 cüdoçu ilə təmsil olunacaq. 8 kişi və 3 qadın idmançımız tatamiyə çıxacaq.

Qeyd edək ki, ilk gündə yığmamız aktivinə iki bürünc medal yazdırıb. Əhməd Yusifov (60 kq) və Elşən Əsədov (66 kq) 3-cü yeri tutub.

Böyük Dəbilqə
Kişilər

73 kq
Rəşid Məmmədəliyev Anqsarbek Gianullinlə (Qazaxıstan) üz-üzə gələcək. İbrahim Əliyevin rəqibi Tatsuki İşihara (Yaponiya) olacaq. Vüsal Qələndərzadə Leonardo Valeriani (İtaliya) ilə qarşılaşacaq. Qədir Hüseynov isə Dong-Hyun Baeni (Cənubi Koreya) mübarizədən kənarlaşdırmağa çalışacaq.

81 kq
Zelim Tskayevin rəqibi Leonardo Kasalya (İtaliya) olacaq. Ömər Rəcəbli Artut Margelidonu (Kanada) sınağa çəkəcək. Məhərrəm İmamverdiyev Yan Svoboda (Çexiya) ilə görüşəcək. Süleyman Şükürov Naçe Herkoviçlə (Sloveniya) qarşılaşacaq.

Qadlnlar
63 kq

Nərgiz Hacıyeva Nataliya Kpopska (Polşa) ilə üz-üzə gələcək.

70 kq
Südabə Ağayeva Şiho Tanaka (Yaponiya) ilə qarşılaşacaq. Günel Həsənli isə Lara Çvyetko (Xorvatiya) ilə görüşəcək.

İdman.biz

Избранный
20
idman.biz

1Источники