RU

Riçard Almeydanın yeni klubu bilindi - RƏSMİ

"Qarabağ"dan ayrılan Riçard Almeydanın karyerasını davam etdirəcəyi klub müəyyənləşib.

Fanat.Az xəbər verir ki, milliləşdirilmiş braziliyalı vətənində "Primavera" komandasında oynayacaq.

Riçardın keçidini aşağı liqa təmsilçisi sosial şəbəkə hesabı üzərindən açıqlayıb. 35 yaşlı orta xətt oyunçusunun keçidinə vaxtilə komanda yoldaşı olmuş, ötən ay "Primavera"ya keçən tanınmış futbolçu, Almaniya Bundesliqası və Türkiyə Superliqasındakı çıxışı ilə tanınan Junior Çaiçaranın rolu xüsusilə vurğulanıb.

 

Xatırladaq ki, Azərbaycan millisinin sabiq futbolçusunun Ağdam təmsilçisi ilə əməkdaşlığa son qoyduğu fevralın 11-də açıqlanıb. 

Azərbaycan millisinin sabiq oyunçusu 2012-ci ildən ölkəmizdə çıxış edib, Premyer Liqamızda ümumilikdə 130 matça çıxaraq 39 qolla yadda qalıb. O, həmçinin Azərbaycan Kubokunda 10 oyunda 5 qol vurub. Almeyda "Qarabağ"In heyətində 91 avrokubok oyununa çıxaraq 8 qola imza atıb. O, Azərbaycan millisində forma geyindiyi 2018-2024-cü illər aralığında 31 matç keçirib və 3 dəfə fərqlənib.

 

Избранный
28
fanat.az

1Источники