RU

Arif Əsədov: “Azərbaycan derbisində favorit “Qarabağ”dır”

"Azərbaycan derbisinin maraqlı keçəcəyini düşünürəm".

Bunu İdman.biz-ə Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov deyib.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasının XXIII turu çərçivəsində keçiriləcək “Neftçi” – "Qarabağ" matçı ilə bağlı fikirlərini bölüşüb. Hər iki komandanın formasını geyinmiş Əsədov bildirib ki, oyunda sürpriz nəticə gözləniləndir: "Həmişə bu iki klub arasında ilk sıralar uğrunda rəqabət olub. Hazırda təəssüflər olsun ki, komandaların turnir cədvəlində mövqeləri fərqlidir. "Qarabağ" ilk sırada, "Neftçi" isə ortalardadır. Buna baxmayaraq, Bakı təmsilçisinin son oyunlarda göstərdiyi performans, qazandığı qələbələr komandada ruh yüksəkliyinin qalxmasından xəbər verir. Azarkeşlər də bu qarşılaşmaya böyük maraq göstərir".

O, oyunun favoritini də açıqlayıb: "Qarabağ" bir ara eniş yaşasa da, indi komanda yaxşı vəziyyətdədir. Nəticəyə gəldikdə, təbii ki, favorit Ağdam təmsilçisidir, ancaq "Neftçi"nin hazırkı durumu, prinsipiallığı və evdə oynaması hardasa rəqibindən xal götürə biləcəyi ehtimalını yaradır".

Qeyd edək ki, “Neftçi” - “Qarabağ” qarşılaşması fevralın 16-da saat 19:00-da start götürəcək.

Aytac Sahəd
İdman.biz

Избранный
35
idman.biz

1Источники